AZ

Gələn il Qarabağ Universitetinə neçə tələbə qəbul olunacaq? - Nazir açıqladı

“Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat vəsait nəzərdə tutulub”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu il Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 nəfər qəbul olunub: "Qəbul olan tələbələrin 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Növbəti ildə universitetin fəaliyyətinin inkişafı üçün 17 milyon manat vəsait nəzərdə tutulub. Gələ il Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu nəzərdə tutulub.Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb”.

Anar Kəlbiyev

Seçilən
14
4
unikal.az

10Mənbələr