Bakı. Trend:
Amerikalı konqresmenlər Frank Pelloni və Ed Markinin BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirdəiştirakından sonra ölkəmizə səfərinə dair ABŞ-da verdiklərihəqiqətləri əks etdirməyən açıqlamaları dərin təəssüf hissidoğurur.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) Səbinə Əliyeva konqresmenlərin açıqlamalarınareaksiyasında bildirib.
Ombudsmanın fikrincə, konqresmenlərin Azərbaycanın Qarabağbölgəsindəki vəziyyətlə bağlı irəli sürdüyü iddialar onlarınölkəmizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.
“Həmin konqresmenlərin həqiqəti əks etdirməyən yanaşmalarıəvəzinə, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görədidərgin salınmış yüz minlərlə soydaşlarımızın geri qayıtmaqhüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz vələyaqətli qayıdışı məsələsini heç bir ayrı-seçkiliyə yol vermədənönə çıxarmalarını gözləyərdik.
Eyni zamanda, konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassızərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasətinəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarınıniyirmi faizinin bu ölkə tərəfindən otuz ilə yaxın müddət ərzindəişğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünəçevrildiyini xatırlatmaq istərdik.
Lakin biz Frank Pelloni və Ed Markinin indiki həssas bir dövrdəregionda dayanıqlı sülhün bərqərar olunması ilə bağlı addımlaratmaq yerinə, yeni münaqişə ocaqları yaradılması istiqamətindəmövqe nümayiş etdirmələrinin şahidi oluruq. Pelloninin öz çıxışındaAmerika Birləşmiş Ştatlarının belə tanımadığı, legitim olmayan bir“qurumun” və onun müharibə cinayətləri törətdiklərinə görətəqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilmiş “rəhbərinin”adını hallandırması, başqa ölkənin daxili işinə qarışması,beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini heçə sayması“həmin konqresmen hansı siyasi dairələrə xidmət edir?” sualınacavab vermiş olur.
Həmçinin onu da qeyd etmək istərdim ki, həmin konqresmenlərinErmənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, ocümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına,Birinci Qarabağ müharibəsindən indiyədək itkin düşmüş 4 minə yaxınazərbaycanlının taleyi barədə bu ölkə tərəfindən bu günədəkölkəmizə hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalması daonların qərəzli olduğunu növbəti dəfə sübut edir.
Konqresmen Pelloninin COP29 zamanı müstəqil mətbu orqanlarınnümayəndələri tərəfindən ona ünvanlanmış suallardan yayınmasını vətutarlı arqumentlərə cavab verə bilməməsini sonradan cəfəngiddialarla əsaslandırması onun söz və mətbuat azadlığına olandözümsüzlüyünün bariz nümunəsidir”, - deyə Səbinə Əliyevabildirib.
O, ABŞ konqresmenlərinin açıq-aşkar erməni lobbisinintapşırıqları əsasında irəli sürdükləri əsassız və qərəzlifikirlərini bir daha qınayıb, onları beynəlxalq hüquqa hörmətetməyə, milli zəmində münaqişə yaradılmasına cəhd göstərməməyədəvət edib.