AZ

Rusiyada sənəd saxtalaşdıran miqranları milyonluq cərimələr gözləyir

Rusiyada qeyri-qanuni miqrasiya sahəsində milyonlarla rubl həcmində cərimələr tətbiq olunması haqqında qanun təsdiqlənib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Federasiya Şurasının plenar iclasında qəbul edilən bu qanun sənəd saxtalaşdırılmasını təşkil edənlərin cərimələnməsini nəzərdə tutur.

Qəbul edilmiş qanuna əsasən, şəxsiyyəti təsdiq edən sənədin, habelə möhürün, ştampın və ya blankın saxtalaşdırılması və onların köçürülməsi, satılması üçün cərimə 40 ilə 80 min rubl arasında dəyişir. Təkrar pozuntu daha böyük cərimə ilə cəzalandırılacaq - 200 min rubl.

Üstəlik, sənəd miqrasiya qanunvericiliyini pozmaq məqsədi ilə saxtalaşdırılıbsa, sənədləri saxtalaşdırmaq üçün istifadə olunan alətlər müsadirə edilməklə cərimə 10 milyon rubla çatacaq. Təkrar pozuntulara görə hüquqi şəxslər əmlakları müsadirə olunmaqla 60 milyon rubla qədər cərimə ilə üzləşəcəklər.

Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Ruslan Smaşnyov deyib ki, bu qanun qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə yönəlmiş tədbirlər kompleksini formalaşdırmaqda davam edir.

Bundan əvvəl Federasiya Şurası qeyri-qanuni miqrasiyanın təşkilindən əldə edilmiş əmlakın müsadirəsi haqqında qanunu təsdiqləyib. Qərar Rusiyada qeyri-qanuni miqrasiya sahəsində cinayətlərin sayının artması ilə əsaslandırılıb.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr