ABŞ Kiyevdəki səfirliyini bağladı
ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də mümkün genişmiqyaslı hava hücumu ilə bağlı məlumat fonunda işini dayandırıb. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Mənbələr qeyd edir ki, ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də potensial irimiqyaslı hava hücumu ilə bağlı konkret məlumat alıb. "Səfirlik bağlı qalacaq və ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı halında dərhal sığınmağa hazır olmalarını tövsiyə edir" - ABŞ rəsmiləri qeyd edib.