AZ

Mamanbiy Omarov: "Özbəkistan iqlimin qorunması üzrə beynəlxalq öhdəliklərə sadiqdir"

Özbəkistan iqlimin qorunması üzrə beynəlxalq öhdəliklərə sadiqdir və nəqliyyat sektorunda ən yeni ekoloji təmiz texnologiyaları fəal şəkildə tətbiq etməyə davam edəcək.

“Report” xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat nazirinin birinci müavini Mamanbiy Omarov COP29 çərçivəsində keçirilən "Yaşıl şəhər nəqliyyatı" mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.

"Paris Sazişinin iştirakçısı olan Özbəkistan 2030-cu ilə qədər istixana qazı emissiyalarının xüsusi çəkisinin 2010-cu ildəki səviyyə ilə müqayisədə 35 % azaldılması öhdəliyini artırıb ki, bu da ilkin hədəfləri əhəmiyyətli dərəcədə üstələyir. Ölkədə istixana qazı emissiyalarının 6 % təşkil etdiyi nəqliyyat sahəsində artıq irəliləyiş müşahidə olunur", - nazir müavini qeyd edib.

O bildirib ki, 2030-cu ilə qədər ətraf mühitin mühafizəsi üzrə milli konsepsiya və ictimai nəqliyyat strategiyasına əsasən, ölkədə dizel mühərrikli nəqliyyat vasitələri elektrik və qazla işləyən nəqliyyat vasitələri ilə əvəzlənəcək.

Seçilən
14
3
report.az

4Mənbələr