AZ

İran uranın zənginləşdirilməsini dayandırır

60%-ə qədər zənginləşdirilmiş 180 kiloqramdan çox uran toplayan İran ehtiyatlarından istifadəni dayandırır.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi MAQATE-nin məxfi hesabatlarına istinadən məlumat yayıb.

Sənədlərə əsasən, ehtiyatlardan istifadəni məhdudlaşdırılması məsələsi ötən həftə MAQATE rəhbəri Rafael Qrossinin İrana səfəri zamanı müzakirə olunub. Hesabatda deyilir ki, Tehran artıq zənginləşdirməni dayandırmaq üçün hazırlıqlara başlayıb.

Agentlikdəki diplomatik mənbənin bildirdiyinə görə, İran şərt irəli sürüb: o, məhdudiyyətlə yalnız MAQATE Rəhbərlər Şurasının bu həftə ona qarşı qəbul edəcəyi qətnamə ləğv ediləcəyi təqdirdə razılaşacaq. MAQATE-nin məlumatına görə, son rübdə 60%-ə qədər zənginləşdirilmiş uranın ehtiyatları 17,6 kiloqram artaraq 182,3 kiloqram təşkil edib. Oktyabrda ölkədə zənginləşdirilmiş uranın ümumi ehtiyatları 852,6 kiloqram artaraq 6,5 tonu ötüb.

Nərmin
Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr