Türkiyə Milli Kəşfiyyat Təşkilatı kibercinayətkarlıq şəbəkəsinə qarşı əməliyyat keçirib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, qeyri-qanuni yolla əldə edilmiş şəxsi məlumatlardan təşkilati fəaliyyətlərdə istifadə edən kibercinayətkarlıq şəbəkəsinə qarşı baş tutan əməliyyatda 3 nəfər saxlanılıb.
Şübhəlilərin beynəlxalq cinayət şəbəkələri ilə əməkdaşlıq edərək əldə etdikləri kritik məlumatlardan həm iqtisadi qazanc əldə etmək, həm də Türkiyəyə qarşı fəaliyyətlərdə istifadə etdikləri müəyyən edilib.
Mina Mikayılova