Bakı. Trend:
Biz urbanizasiya və iqlim dəyişikliyi üzrə nazirlərin üçüncügörüşünün işini yekunlaşdırdıq.
Trend xəbər verir ki, bubarədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri AnarQuliyev COP29 çərçivəsində keçirilən mətbuat konfransında çıxışızamanı deyib.
O qeyd edib ki, bu, inkişaf və şəhər gündəliyi ətrafında açıq vəkonstruktiv müzakirələrdə iştirak etmək üçün əla fürsətdir.
“Ən böyük məqsəd şəhər gündəminin iqlim gündəminə uyğun olmasınaəmin olmaq idi. Nazirlərin bu görüşü xüsusi olaraq bu yanaşmanıdəstəkləyir. COP29-da bütün maraqlı tərəfləri bir araya gətirməklə,Azərbaycan çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin iqlimproblemlərini həll etmək və şəhər məkanlarını davamlı ekosistemlərəçevirmək üçün birlikdə hərəkət etdiyi gələcəyə baxışını nümayişetdirir.
Biz bugünkü müzakirənin əsasını qoyan mühüm təşəbbüsləri dətanımalıyıq”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.