AZ

Avropa Parlamentinin COP29-dakı nümayəndə heyətinin rəhbəri Lidiya Pereyra (Lidia Pereira) və energetika məsələləri üzrə Avropa Komissarı Vopke Hoekstra (Wopke Hoekstra) rəsmi Bakının onların ünvanına tənqidini necə qiymətləndirdikləri haqqında suala cavab verməkdən yayınıb.

Noyabrın 20-də COP29 iqlim konfransı çərçivəsində onlar mətbuat konfransı keçiriblər və iqlim dəyişikliklərinə qarşı mübarizə layihələrinin həyata keçirilməsi ilə bağlı danışıqların və müzakirələrin gedişatı haqqında məlumat veriblər.

Onlar iqlim dəyişikliklərinə qarşı mübarizə üçün daha əvvəl bəyan edilmiş məbləğləri yığmağın mümkün olub-olmadığı haqqında çoxsaylı suala birmənalı cavab verməyiblər. Avropa Komissarının sözlərindən belə bir nəticə çıxarmaq olardı ki, hələlik yekun qərar yoxdur. 

BBC Radiosunun müxbiri Avropa Parlamenti və Avropa İttifaqını Azərbaycan əleyhinə fəaliyyətdə ittiham edən rəsmi Bakının bəyanatlarını şərh etməyi xahiş edib. 

Jurnalist həmçinin Aİ və Avropa Parlamenti nümayəndələrinin, bir çox beynəlxalq təşkilatların tələb etdiyi kimi, insan hüquqları məsələlərini Azərbaycan hakimiyyəti ilə müzakirə edib-etmədiklərini soruşub.

Lidiya Pereyra deyib ki, onun başçılıq etdiyi nümayəndə heyəti hələ ki, rəsmi şəxslərlə görüşməyib. Azərbaycan parlamentinin Beynəlxalq Münasibətlər komitəsində görüş nəzərdə tutulub və orada bu məsələ qaldırılacaq. 

Bakının Aİ-nin ünvanına tənqidinə gəlincə, Avropa Komissarı Hoekstra deyib ki, qarşılıqlı tənqid böyük siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, tərəflər bir-biri barəsində "sizin razılaşmadığınız və real olmayan" rəylər bildirə bilərlər.

Turan-ın müxbirinin Avropanın Azərbaycandan qaz tədarükünü artırmağı planlaşdırıb-planlaşdırmadığı haqqında sualına cavabda Lidiya Pereyra deyib ki, yaşıl və təmiz enerji istehsalı ilə bağlı layihələrin həyata keçirilməsi prioritetdir.

Azərbaycan və Avropa arasında təmiz enerji sahəsində birgə layihələrin olub-olmadığı haqqında suala cavabda Pereyra "belə niyyətlərin olduğunu" deyib.

Seçilən
6
turan.az

1Mənbələr