ABŞ-ın Ukraynaya tədarük etdiyi uzaqmənzilli raketlərlə Rusiyanın daxilinə hücuma icazə verməsindən sonra gərginlik daha da artıb...
Elxan Şıxalıyev: “Avropa İttifaqına daxil olan ölkələrin rəhbərləri sanki Baydenin Ukrayna ilə bağlı qərarının dəstəkləmiş kimi görünürlər. Xüsusilə, Fransa və Almaniya raketlərinin Ukraynayaya verilməsinin müzakirəsini aparır”.
“Təbii ki, bunun qarşılığında Rusiyanın ciddi addımlar atması ehtimal olunur. Bildiyimiz kimi, Rusiya prezidentini nüvə doktrinasının yenilənmiş variantını imzaladı”.
Bu sözləri hərbi-ekspert Elxan Şıxalıyev Ukraynaya görə Rusiya-Qərb gərginliyinin genişmiqyaslı hal alma ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.
Görünən odur ki, ABŞ-ın Ukraynaya tədarük etdiyi uzaqmənzilli raketlərlə Rusiyanın daxilinə hücuma icazə verməsindən sonra gərginlik daha da artıb. Hətta Böyük Britaniya və Fransanın da Kiyevə göndərilən uzaqmənzilli raketlərdən istifadə ilə bağlı qərarının dəyişəcəyi iddia edilir. Son olaraq Kremlin təhlükə vəziyyətində nüvə silahından istifadə oluna biləcəyinə dair açıqlamaları narahatlığı artırıb.
Bəs, Rusiya-Qərb gərginliyin genişmiqyaslı hal ala bilər və ABŞ-nin bu addımına Rusiyanın cavabı mə ola bilər?
Baydenin Ukrayna qərarından sonra müharibənin hansı məcrada inkişaf edəcəyini Poliqon-un əməkdaşı hərbi-ekspert Elxan Şıxalıyev ilə müzakirə edib.
Elxan Şıxalıyev: “Bu raketlərin istifadə ilə Ukrayna Rusiya ərazilərinin dərinliyinə, 306 km məsafəyə zərbə endirməklə Rusiyanın kifayət qədər strateji obyektləri hədəf ala biləcək. Xüsusən də, strateji obyektlər olaraq hərbi aerodromların, hərbi infrastrukturun, yəni hərbi arsenalı qoruyan anbarların və qərargahların sıradan çıxarılması mümkündür”.
Qarşı tərəfi çəkindirmə gücü olaraq özlərinin şərtlərində müharibənin dayandırması kimi vəziyyət yaratmağa çalışacaqlarını proqnoz edən ekspert Poliqona bildirib ki, Rusiya rəhbərliyi Ukraynanı dəstəkləyən ölkələrin onun ərazilərinə zərbələr endirməyə icazə verdiyini görəndə, müharibədə taktiki nüvə silahının istifadəsinə dair qərar qəbul edə bilər:
“Rusiya-Ukrayna müharibəsinin mininci günündən sonra, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə başlamasına iki ay qalana qədər müharibə yeni mərhələyə keçdi. Bayden hakimiyyətinin Ukraynaya uzaq mənzilli raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsindən sonra Ukraynanın əli gücləndi. Nəzər alsaq ki, bu raketlərin istifadə ilə Ukrayna Rusiya ərazilərinin dərinliyinə, 306 km məsafəyə zərbə endirməklə Rusiyanın kifayət qədər strateji obyektləri hədəf alına biləcək. Xüsusən də, strateji obyektlər olaraq hərbi aerodromların, hərbi infrastrukturun, yəni hərbi arsenalı qoruyan anbarların və qərargahların sıradan çıxarılması mümkündür. Eyni zamanda neft və qaz istehsalı sahələrinin infrastrukturunun sıradan çıxması üçün Ukrayna zərbələr endirə bilər.
Təbii ki, bunun qarşılığında Rusiyanın ciddi addımlar atması ehtimal olunur. Bildiyimiz kimi, Rusiya prezidentini nüvə doktrinasının yenilənmiş variantını imzaladı. Öncəki variantda nüvə silahına malik olan ölkələr bir-birinə təhdid yaradanda nüvə silahının istehsalının legitimliyi yaranırdı. İndi isə yenilənmiş doktrinada göstərilir ki, yalnız nüvə silahı olan ölkələr deyil, konvensinal silahlarla da Rusiya ərazisinə hər hansısa bir ölkə müharibə və zərbələr təhlükəsi yaradarsa, Rusiya nüvə silahından istifadə etmək legitimliyini həyata keçirəcək. İndiki vəziyyətdə Rusiyanın nüvə silahından istifadə edəcəyi ehtimalı artır. İndi Rusiyada müzakirələr və atılan addımlar bununla bağlı olacaq.
Elxan Şıxalıyev: “Düşünürəm ki, həm Rusiya, həm də Ukrayna tərəfi bir az tələsəcək”.
Avropa İttifaqına daxil olan ölkələrin rəhbərləri sanki Baydenin Ukrayna ilə bağlı qərarının dəstəkləmiş kimi görünürlər. Xüsusilə, Fransa və Almaniya raketlərinin Ukraynayaya verilməsinin müzakirəsini aparır. Sanki həmin ölkələr də raketləri ilə Rusiyanın vurulmasına icazə verəcək. Xatırladım ki, bu raketlər 560 km dərinliklərə zərbə edərəcək gücə malikdir. Düşünürəm ki, həm Rusiya, həm də Ukrayna tərəfi bir az tələsəcək. Tampın prezidentliyinin inaqurasiyasına qədər hər iki tərəf həm, döyüş meydanında, həm də danışıqlar masasında tələsəcəklər.
Ukrayna Kursk istiqamətində nəzarətə götürdüyü əraziləri nəzarətində saxlayaraq masada dəyişdirilmə fondu olaraq ərazilərin dəyişdirilməsini həyata keçirməkdə bir az qərarlı görünəcək. Eyni zamanda Rusiyanın dərinliklərindəki strateji obyektlərə zərbələr endirəcək, çəkindirmə gücü olaraq Rusiyanı müharibəni dayandırmağa və yaxud Ukraynanın şərtlərində müharibəni dayandırmağa çalışacaqlar.
Amma Rusiya da Ukraynanın bir neçə ərazisini işğal edib və orada nəzarət Rusiyanın əlindədir. Bundan sonra Rusiyanın Kiyevə və başqa yerlərə zərbələr endirəcəyini görə bilərik. Rusiya da qarşı tərəfi çəkindirmə gücü olaraq Rusiyanın şərtlərində müharibənin dayandırması kimi vəziyyət yaratmağa çalışacaq. Həmçinin Rusiya Ukraynanı dəstəkləyən ölkələrin onun ərazilərinə zərbələr endirməyə icazə verdiyini görəndə, müharibədə taktiki nüvə silahının istifadəsinə dair qərar qəbul edilə bilər”.
Nərminə UMUDLU
Poliqon.info