AZ

Özbəkistan Tacikistanla sərhəd keçidlərini sadələşdirməyi planlaşdırır

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Tacikistan və Qazaxıstanla sərhədləri şəxsiyyət vəsiqəsi ilə keçmək prosedurunu tətbiq etmək niyyətindədir.

Hafta.az-ın Gazeta.uz-a istinadən yazdığına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün Ali Məclisin Qanunvericilik Palatasında bəyan edib. Onun sözlərinə görə, ölkənin hərtərəfli inkişafı üçün səmərəli xarici siyasət yeritmək, dost və tərəfdaşlar dairəsini genişləndirmək, ən yaxın qonşuları ilə regional əməkdaşlığı dərinləşdirmək son dərəcə vacibdir.

Prezident, Mərkəzi Asiya ölkələri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsinin xarici siyasətin prioritet istiqamətləri olaraq qalacağını bildirib.

2025-ci ildə ölkədə “Mərkəzi Asiya beşliyi”nin (Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) görüşü keçiriləcək və bu, “bu yolda daha bir mühüm praktik addım olacaq”.

“Sentyabrın 1-dən Özbəkistan vətəndaşları Qırğızıstana şəxsiyyət vəsiqəsi ilə sərbəst gedə bilirlər”, - deyə Şavkat Mirziyoyev bildirib.

O, Mərkəzi Asiya dövlətləri, digər aparıcı tərəfdaşlar, nüfuzlu beynəlxalq və regional təşkilatlar, eləcə də maliyyə institutları ilə səmərəli və sistemli əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcəyini bildirib.

Yada salaq ki, prezident bu müşavirədə hazırkı hökumət başçısı Abdulla Aripovun baş nazir postuna namizədliyini irəli sürüb.

“Hökumət özünü tamamilə yeni əsasda təşkil etməlidir. Bunun üçün ona güclü lider lazımdır”, - prezident deyib.

Seçilən
19
hafta.az

1Mənbələr