AZ

Komik aktyordan ciddi təklif: Universitetlər rayonlara köçürülsün

“Universitet və məktəblərə gediş-gəlişi saxlamaqla görürsünüz ki, paytaxt yolları əməlli-başlı tıxacsızdır?! Hələ şəhərdə tədbir var, üstəgəl, çox yolun bir hissəsi yalnız tədbir iştirakçıları və avtobuslar üçün nəzərdə tutulub”.

KONKRET.az xəbər verir ki, bunu “Facebook” hesabında aktyor Elcan Rəsulov yazıb.

O bildirib ki, ali məktəblərin bir hissəsi regionlara köçürülməlidir:

“Beynimə 2 ideya gəlib. Məsələn, universitetləri bir çoxunu gözəl bölgələrimizə köçürmək. Tutaq  ki, elə ADMİU-nu Şuşaya… Onsuz da Şuşa incəsənətimizin beşiyidir, qoy universitetimiz də orada olsun. Eyni zamanda, Milli Konservatoriya orada yerləşə bilər. Tələbələr üçün də daha praktik olar.

Şəxsən mən Xankəndidəki universitetin tələbələrinin hər dəfə təzə videosu çıxanda sona kimi baxır, ləzzət alıram. İndi təsəvvür edin Şuşada İncəsənət Universitetinin tələbələri nə vloqlar yarada bilər. “Hoçaz” film də lap yaxında, Laçında. Bəh-bəh!”

Seçilən
18
konkret.az

1Mənbələr