Kolumbiya yığmasının sabiq futbolçusu Freddi Quarin keçmiş həyatı ilə bağlı bəzi məqamlara toxunub.

Offsideplus.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. Təcrübəli oyunçu bunları söyləyib:

"Mən hər axşam ərzində 50-70 şüşə pivə içirdim. Adrenalin almaq üçün macəra axtarırdım. Özümü tamamilə itirmişdim. Bir gün yaşadığım binanın eyvanından yerə yıxıldım. Çox çətin hadisələr yaşadım. Mənim etdiklərimin kiminsə, başına gəlməsini istəmərəm".