AZ

COP for Hope: COP29-dakı danışıqlarla bağlı çox ümidliyəm - Tuvalulu siyasətçi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Tuvalulu siyasətçi və iqlimdəyişikliyi aktivisti Maina Vakafua Taliadır.

O, Trend-ə açıqlamasında bildirib ki, iqlimdəyişikliyi ilə mübarizədə yeni texnologiyaların tətbiqi işlərimizidaha da asanlaşdıra bilər.

Siyasətçi,Tuvaluda insanların iqlim dəyişikliyindən cidditəsirləndiyini və COP29-un bu problemlərin geniş ictimaiyyətəçatdırılması imkanı yaratdığını bildirib:

"Azərbaycana belə bir fürsət yaratdığı üçün minnətdarıq. Mən sonbir neçə gündə danışıqlarla bağlı çox ümidliyəm. Həm də nəzərə alınki, Sakit Okeanda bizim üçün iqlimlə bağlı ciddi narahatlıqlar var.COP29-da bu məsələlərin müzakirəsi və geniş ictimaiyyətəçatdırılması imkanı yaranıb. Xalqımızın sağ qalması ilə bağlıməsələlərdə qətiyyətli mövqeyimiz bizi çox ruhlandırır. Əlbəttə ki,Paris Sazişinə uyğun olaraq 1,5°C öhdəliyinə sadiqliyimizi nümayişetdiririk və etdirməkdə davam edəcəyik. İqlim dəyişikliyi iləmübarizədə yeni texnologiyaların tətbiqi isə işlərimizi daha daasanlaşdıra bilər. Yeni texnoloji alətlərdən istifadə məsələlərinəbu axşam baxılacaq".

"Bu COP həmçinin maliyyə COP-u da adlandırılır. Burada maliyyəilə bağlı ciddi müzakirələr aparılır. Lakin yekunda hansınəticələrin əldə olunacağını demək bir az çətindir", - deyə o əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
48
1
az.trend.az

2Mənbələr