AZ

Messinin keçmiş komanda yoldaşları "İnter Mayami"nin baş məşqçi postuna namizəddirlər

Lionel Messinin keçmiş komanda yoldaşları Xavi və Xavyer Maskerano ABŞ təmsilçisi "İnter Miami"nin baş məşqçi postuna namizəddirlər.

"Report" "Miami Herald"a istinadən xəbər verir ki, argentinalı hücumçunun formasını geyindiyi MLS təmsilçisinin baş məşqçisi Xerardo Martino postundan ayrılacağı təqdirdə, İspaniyanın "Barselona" klubunun sabiq futbolçularından birinin bu vəzifəyə təyin oluncağı gözlənilir.

Komanda MLS-in pley-off mərhələsində "Atlanta"ya uduzaraq mübarizəni dayandırıb. Bu oyundan sonra X.Martinonun "İnter Mayami"dən ayrıldığı bildirlir.

Qeyd edək ki, 44 yaşlı Xavi yayda "Barselona"dan ayrıldıqdan sonra işsizdir. 40 yaşlı X.Maskerano isə 2022-ci ildən Argentinanın gənclərdən ibarət yığmasının məşqçisidir.

Seçilən
7
report.az

1Mənbələr