AZ

İspaniyanın Kiyevdəki səfirliyi müvəqqəti bağlanıb

İspaniyanın Kiyevdəki səfirliyi mümkün təhlükəsizlik təhdidləri səbəbindən gün ərzində fəaliyyət göstərməyəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İspaniyanın EFE xəbər agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, diplomatik nümayəndəlik bu barədə Ukraynada yaşayan İspaniya vətəndaşlarını elektron poçt vasitəsilə məlumatlandırıb. Səfirlik ispanları təhlükəsizliklərini artırmağa, “yerli hakimiyyət orqanlarının verdiyi bütün tövsiyələrə əməl etməyə” və sığınacaq yeri barədə məlumatlı olmağa çağırıb.

Bu arada İtaliyanın Kiyevdəki səfirliyi mümkün təhlükəsizlik təhdidləri səbəbindən onu bir günlük ziyarətçilərin üzünə bağlamaq qərarına gəldiyini açıqlayıb.

Seçilən
5
operativmm.az

1Mənbələr