AZ

Fələstinli tərəfdarlar F-35 hissələri istehsal edən fabrikin girişini bağladılar

Şotlandiyada F-35-lərin lazerlə hədəf alma sistemlərini istehsal edən fabrikinin girişlərini bağlayıb.
 
AZXEBER.COM xəbər verir ki, Şotlandiya mətbuatında yer alan xəbərlərə görə, Fələstin tərəfdarı olan 100-dən çox fəal yerli vaxtla saat 07:00 radələrində Edinburqdakı fabrikinin girişlərini bağlayaraq şirkətə etiraz ediblər.

F-35-lər üçün lazer hədəfləmə sistemləri istehsal edən fabrik bu ölkəyə silah satışını dayandırmaq üçün İsrail və İngiltərə ilə əlaqələri kəsməyə çağıran aktivistlər \"Biz bu gün beynəlxalq hüquqa görə soyqırımın ortaq olmadığımızı göstərmək üçün buradayıq\" deyiblər.

Ölkədəki Fələstinə dəstək verən qruplar tez-tez İsraillə əməkdaşlıq edən silah şirkətləri, fabriklər və qurumlar qarşısında nümayişlər təşkil edir.

Qeyd edək ki, ölkədə artan etirazlar nəticəsində Britaniya hökuməti İsrailə 350-yə yaxın silah ixracı lisenziyasından 30-nu dayandırdı, lakin bu, Fələstin tərəfdarları tərəfindən yetərli görünmədi.
 
Gülay
Seçilən
12
azxeber.com

1Mənbələr