AZ

ABŞ indi də Venesuelanın daxili işlərinə qarışır

ABŞ Edmundo Qonzales Urrutian Venesuelanın prezidenti kimi tanıyıb.

KONKRET.az  xəbər verir ki, bu barədə  ABŞ-nin dövlət katini Entoni Blinken özünün “X” sosial şəbəkə hesabında yazıb. Blinken əlavə edib ki, demokratiya seçicilərin iradəsinə hörmət etməyi tələb edir. Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib və hazırkı prezident Nikolas Maduro 51,2 % səslə Venesuela prezidenti seçilib. ABŞ Maduronu saxta seçkilər keçirməkdə günahlandırır və müxalifət lideri Edmundo Qonzales Urrutianı prezident kimi qəbul edir. Blinkenin bəyanatına rəsmi Karakas sərt reaksiya verib. Venesuelanın xarici işlər naziri İvan Khilin ABŞ-ni Venesuelanın daxili işlərinə qarışmaqda günahlandırıb. Xatırladaq ki, beş ay əvvəl keçirilən seçkilərə beynəlxalq müşahidəçilər buraxılmayıb. Seçkidən sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 28 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb. 2000-dən çox etirazçı həbs edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr