AZ

ABŞ-dən sonra daha bir ölkə Kiyev səfirliyini bağladı

İspaniyanın Kiyevdəki səfirliyi Ukraynanın hər yerində baş verən hava hücumları riskinin artması səbəbindən gün ərzində xidmət göstərməyəcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Ukraynadakı İspaniya vətəndaşlarına göndərilən elektron məktubda deyilir:

 “Ukraynanın hər yerində baş verən hava hücumları riskinin artması səbəbindən gün ərzində üz-üzə xidmət göstərməyəcək və istəklər e-poçt vasitəsilə edilə bilər”.

Səfirlik həmçinin Kiyevdəki İspaniya vətəndaşlarına həddindən artıq təhlükəsizlik tədbirləri görməyi, yerli hakimiyyətin bütün tövsiyələrinə əməl etməyi, hər zaman sığınacaq əldə etməyi tövsiyə edib. Qeyd edək ki, ABŞ-nin Kiyevdəki səfirliyi də təhlükəsizlik tədbirləri çərçivəsində səfirliyin bu gün bağlı olacağını bildirib və səfirlik işçilərinə olduqları yerdə qalmağı, ABŞ vətəndaşlarına isə hava xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. 

Seçilən
13
2
cebheinfo.az

3Mənbələr