AZ

Cənubi Koreya 2030-cu ilə qədər yaşıllıqların sahəsini 60 faizə çatdırmağı planlaşdırır

Bakı. Trend:

Cənubi Koreya şəhər yaşıllıqlarını artırmaq planını həyatakeçirir və bu plan 2030-cu ilə qədər yaşıllıq örtüyünün 60 faizəçatdırılmasını nəzərdə tutur.

Trend xəbər verir ki, bubarədə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəsi Yon Çxol ÇjuBakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkənbildirib.

"Qlobal problemlər, məsələn, pandemiya dövründə belə biz buişləri davam etdirdik", — deyə Yon Çxol Çju qeyd edib.

Onun sözlərinə görə, ölkə, həmçinin, "yaşıl" iqtisadiyyata keçidistiqamətində fəal işləyir, xüsusilə günəş və külək enerjisinədiqqət yetirir, eyni zamanda, davamlı inkişafı təmin etmək üçünorta və uzunmüddətli yaşıl inkişaf planını hazırlayıb.

"Biz, həmçinin, İtki və Zərər Fondu da daxil olmaqla, ParisSazişlərinin həyata keçirilməsi üçün mexanizmlər yaratmağaçalışırıq", — deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr