Sudanda vəba epidemiyasından həyatını itirənlərin sayı 979-a yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyindən açıqlama verilib.
Belə ki, ölkədə vəbaya yoluxanların ümumi sayının 34 min 108-ə çatdığı bildirilib.
Qeyd edək ki, Sudan hökuməti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.