AZ

Türkiyə parlamentində QARŞIDURMA – VİDEO

Türkiyə parlamentində müxalifət xarici işlər nazirinin iclas otağına daxil olmasına mane olub.

İnterpress.az xəbər verir ki, bu barədə BBC-nin türk xidməti məlumat yayıb.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Yerlikaya və onu müşayiət edənlər müxalifətin etirazları səbəbindən nazirliyin 2025-ci il büdcəsini təqdim etmək üçün parlamentin müvafiq komissiyasının iclas zalına girməkdə çətinlik çəkiblər.

Türkiyənin müxalifət partiyası CHP-nin deputatları terror fəaliyyəti ilə əlaqədə ittiham olunan bələdiyyə sədrlərinin yerinə müvəqqəti idarəçilərin təyin edilməsi ilə əlaqədar onun mövcudluğunu əngəlləməyə çalışıb.

CHP üzvləri ilə hakim AKP partiyası arasında əlbəyaxa dava düşüb və toplantı dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr