AZ

“Şəhərdən kəndə-səyyar intellekt mrafonu” layihəsi davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsinədə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 

Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənlərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin tədbiri Quba rayonu Qımılqışlaq kənd tam orta məktəbində təşkil edilib. 

Yarışda Quba rayonunun Qımılqışlaq, Küpçalqışlaq, Hacıqayıb, Əliməmmədoba, Hacıhüseynli, Davudoba kəndlərində və Gənclər qəsəbəsində yaşayan və təhsil alan yeniyetmə və gənclər iştirak edib. 
Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan coğrafiyasının, flora və faunasının, tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, tarixi şəxsiyyətlərinin, mədəniyyət və incəsənət xadimlərinin təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Tədbirdə çıxış edən Quba rayon Qımılqışlaq kənd tam orta məktəbinin direktoru Zəminə Mirzəyeva, Küpçalqışlaq kənd ümumi orta məktəbinin direktoru Qahir Babayev, Quba rayonu Əliməmmədoba kənd tam orta məktəbinin müəllimi, intellektual oyunların daimi iştirakçısı Mustafa Mustafayev bu yarışın yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yükəldilməsində, Vətənimizin təbliğində böyük əhəmiyyəti olduğunu qeyd edərək təşkilatçılara belə tədbirlərin təşkil edilməsinə görə minnətdarlığını bildirib.

Seçim turunun yekununda Qımılqışlaq kəndini təmsil edən eyniadlı komanda birinci, Əliməmmədoba kəndini təmsil edən “Ultimatum” komandası ikinci, Hacıhüseynli kəndinin təmsilçisi olan “Turan” komandası isə üçüncü yeri tutub. Yarışın əsasnaməsinə uyğun olaraq ilk iki yeri tutan komandalar final mərhələsində iştirak etmək haqqı qazanıb. Yekunda qalib və mükafatçılar diplom, medal və kubokla təltif olunublar. 
Layihə çərçivəsində növbəti turnir Quba rayonu Birinci Nügədi kəndində keçiriləcəkdir.

Seçilən
21
23
qht.az

10Mənbələr