AZ

Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb:

"Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub", - paylaşımda bildirilib.

Seçilən
11
21
report.az

10Mənbələr