AZ

Eldar Əzizov Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı ilə görüşüb

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün səfərə gələn Türkiyənin Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı Tahir Büyükakın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.

Bu barədə APA-ya BŞİH-dən məlumat verilib.

Bildirilib ki, görüşdə Tahir Büyükakın Azərbaycanın paytaxtı Bakı şəhərində olmasından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.

O, Bakı şəhərinin gözəlliyini xüsusi olaraq qeyd edərək keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkilini qeyd edib. Qonaq həmçinin, son illərdə Azərbaycanın və Bakı şəhərinin sürətlə inkişaf etdiyini xüsusilə vurğulayıb.

Qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt Bakı şəhəri barədə məlumat verib və qonağa 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabını təqdim edib.

Eldar Əzizov bu gün Bakı və regionların inkişafı sürəti ilk növbədə ölkə başçısı İlham Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirib.

Seçilən
29
9
apa.az

10Mənbələr