AZ

“Təbiət hadisəsi şəhərlərimizin təhlükəsizliyini təhdid edib” – Türkiyəli nazir

“Son zamanlar aramsız yağan güclü yağışlar təbii fəlakətlərə səbəb olub. Təbiət hadisəsi şəhərlərimizin təhlükəsizliyini təhdid edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri COP29 çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuata açıqlamasında deyib.

COP29 çərçivəsində təkcə karbon mövzusuna toxunmadığını deyən nazir bu cür təbiət hadisələri ilə mübarizə aparılması yollarının da müzakirə olunduğunu qeyd edib:

"İqlim dəyişikliyini nəzərə alıb şəhər və ölkələrimizi daha yaşanılan səviyyəyə gətirmək üçün çalışırıq”.

Günay Şahmar, Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr