AZ

Vaxtında qovulan SƏRSƏM ŞOUMEN - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhz noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməsi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə qonaqların öz təbriklərini çatdırmaları, görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılması fonunda bir amerikalı sərsəri şoumenin, Frank Pallonenin yuyulmamış qaşıq kimi ortaya atılması diqqəti cəlb edib. Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdiyi, ölkəmizə səfərindən məmnun qaldığını ifadə etdiyi halda, eləcə də Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu bəyan etdiyi halda, həmin o sərsəm şoumen “ağzını köndələn qoyub” sayıqlamağı özünə rəva bilib. Azərbaycan ərazilərini bir zamanlar işğal edən, hələ də işğal etmək niyyətində olan separatçılarla dəfələrlə görüşən və onların “dəyirmanına su tökən” bu sərsəm, qonaq hesab olunduğu üçün ölkəyə buraxılmasından sui istifadə etməsi görünür elə tam zamanında aşkarlanıb və vaxtında da haqlı olaraq ölkədən qovulub.

Pallone utanmadı, qızarmadı, xəcalət cəkmədi, üzr də istəmədi və məramının pislik olduğunu ortaya qoydu

Biz Pallonenin “kim olduğunu” çox yaxşı bilirik. Bilirik ki, o məhz Qarabağa icazəsiz səfər etdiyinə görə hələ 2017-ci ildən “qara siyahıya” düşüb. Bəli, həmin o Pallone separatçılarla dəfələrlə görüşməklə özünün sərsəm bir şoumen olduğunu özü təsdiqləyib. Çünki Azərbaycan torpaqlarını işğal edən separatçılara yedilmək, yaltaqlanmaq üçün hər sifətə düşənə yaxşı halda, sərsəm şoumen demək olar. Ölkəmizə qarşı qərəzli mövqeyini gizlətməyən biri utanmadan, qızarmadan bu dəfə Azərbaycan paytaxtına üz tutub və COP29 kimi tanınan beynəlxalq tədbirə qonaq qismində dürtülüb. Doğrudur, bütün bu fədakarcasına yaltaqlanması, erməni separatçılara sadiq qul, nökər olması, ikiüzlülüklə işğalçıların, separatçıların “yanında” olduğunu nümayişkəranə şəkildə göstərməsi fonunda, əslində, o heç ölkəmizə buraxılmamalı biri sayılırdı. Amma yenə də biz qonaq deyib, onu “qapıdan qaytarmadıq”. Bu qonaqpərvərliyimizə görə həmin o sərsəmin sən demə heç tükü də tərpənməyibmiş. Əks halda, illər boyu Qarabağ separatçılarını dəstəklədiyinə, beynəlxalq cinayətkarlığa “ortaq” olduğuna, erməni diasporunun, Amerika Erməni Milli Komitəsinin, yəni, ANKA-nın pullarını qamarlaması qarşılığında Azərbaycana qarşı qara əməllərə imza atdığına, pisliklər etdiyinə görə az da olsa utanardı. Utanardı və Azərbaycan dövlətindən, Azərbaycan xalqından heç olmasa üzr istəyərdi. Uzr istəyərdi ki, adının “qara siyahı”dan çıxarılması üçün acizanə şəkildə XİN-ə xahiş ünvanlamaq şansı əldə edə bilsin. Məsələ burasındadır ki, həmin o sərsəri şoumen nə utanmadı, nə qızarmadı, nə xəcalət cəkmədi, nə üzr istəmədi və nə də bundan bir nəticə belə çıxarmadı. Əksinə, yenə də məqsədinin, məramının pislik olduğu ortaya çıxdı.

Sərsəm şoumen üçün müvafiq müqaisəli təhlillər və xatırlatmalar tamamilə yerinə düşür

Müqaisəli bir təhlil aparmaq və Palloniyə xatırlatmaq tamamilə yerinə düşərdi ki, əgər, hansısa bir azərbaycanlı, yaxud hansısa bir əcnəbu ABŞ əleyhinə fəaliyyət göstərsəydi, düşmənləri ilə həmfikir olsaydı, bunu həm də ədalətsiz şəkildə nümayiş etdirsəydi onu nəinki Amerikaya buraxmazdılar, tutub elə yerindəcə həbs edərdilər. Rəsmi Vaşinqton tərəfindən terrorçu elan edilənlərlə görüşən, onlarla həmfikir olan, onların “dəyirmanına su tökən” birinə qarşı hansı sərt tədbirlərin gözlənildiyini Pelloni hamıdan yaxşı bilməli idi axı. Bilməli idi ki, Vaşinqtonun terrorçu elan etdiyi qrupla, separatçı qruplaşma ilə görüşən əcnəbini “yıxıb sürümək” üçün senatorlar, konqresmenlər özləri ittihamla çıxış edərdilər. Bilməli idi ki, onun etdiklərinə uyğun adekvat addımlar atan kimsənin Amerikada xilas olmaq kimi bir şansı ola bilməz. Bəs o zaman hansı üzlə Azərbaycana üz tutmuşdu bu üzsüz şoumen və hansı sifətlə həyasızcasına, utanmazcasına tədbirə qoşulmuşdu?

Azərbaycanın qonaqpərvərliyini nəzərə alaraq, daha doğrusu, budan sui istifadə edərək, paytaxtımıza soxulan biri heçmi düşünmürdü ki, əgər ölkəyə buraxılıbsa, deməli, bundan doğru nəticə çıxarmalı, heç olmasa bundan sonra özünü bir insan kimi, vicdanlı biri kimi aparmalıdır? Ən azından bir xəcalət çəkərdi və özünü bu alicənab addım qarşısında borclu hesab edərdi. Heç olmasa, onunla bağlı olan belə bir jestin müqabilində az da olsa ağıllanardı. Görünən odur ki, nə düşünməyib, nə də heç olmayan ağlına da gəlməyib. Əgər ağlı, düşüncəsi olsaydı bilərdi ki, Azərbaycanda onun özünü də tutub elə həbsxanada saxlanılan separatçıların yanında atmaq olardı. Şəxsən mənə belə gəlir ki, onun elə həmin həbsxanaya atılması daha doğru olardı və gedib yenə də öz “istəklilərinə”, separatçılara qoşular, onlara “doyunca” yaltaqlanardı. Bax elə məhz bu xatırlatmalar zənnimizcə, həmin o sərsəm şoumen üçün kifayət etməlidir, sözsüz ki, zərrə qədər də olsa ağlı varsa...

İyrənc xislətə sahib sərsəm şoumen belə görünür ki, elə tamamilə vaxtında qovulub...

Hər zaman özünü ermənipərəst kimi göstərərək haylara yaltaqlanan biri olaraq tanıdan Pelloni bu dəfə də elə məhz həmin şəkildə tanıtmağa çalışıb. Belə məlum olur ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirə də məhz ermənipərəstliyini göstərmək ssenarisi əsasında qatılıbmış. Sevindirici haldır ki, onun bu iyrənc ssenarisini görən Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri dərhal hüquqi müstəvidə addımlar atıblar. Məhz hüquqi müstəvidə addım ataraq, Pellonenin Azərbaycandan “qovulması” tələbi ilə çıxış ediblər və buna olublar da. Sərsəm şoumen bundan da nəticə çıxarmayıb. Onun qovulmasının yox, tutularaq, həbs edilərək, saxlanılmasının mümkün olmasının tam reallıq olduğunu və qonaq olaraq gəldiyi səbəbindən yenə də tutulmadığını qətiyyən nəzərə almayıb və rədd olub gedəndən sonra başlayıb ağlına gələn sayıqlamalar etməyə. Belə çıxır ki, Pallone öz nankor xislətinə sadiq biridir və alicənablıqdan anlayışı belə yoxdur. Əks halda, ən azından bundan sonra heç olmasa susardı, sayıqlamazdı.

Görünən odur ki, bu yaramaz, bu sərsəm şoumen kimi biri bəşəriyyət üçün lazımsız və dəyərsiz bir ünsürdür. Çünki həm insanlıqda payı yoxdur, həm simasızın və ikiüzlünün biridir, həm də nankorun yekəsidir. Əgər insanlıqda zərrə qədər payı olsaydı, nankor olmasaydı, rədd olub getdikdən sonra ən azından heç zaman Azərbaycanla bağlı “insan haqları” deyib bar-bar bağırmazdı və ölkəmizin əleyhinə sayıqlamazdı. Heç olmasa sayıqlamaqdan öncə Xocalı kimi bir faciəni ermənilərin torətdiklərini, ərazilərimizi işğal etmələri fonunda saysız-hesabsız əsirlərin götürmələrini, onların talelərinin hələ də bəlli olmamasını, milyondan artıq qaçqın və məcburi köçkünlərin düz 30 ilə yaxın müddətdə min bir əziyyətlə yaşamasını xatırlayar və az da olsa utanardı. Əgər xatırlamırsa, ona yaxşıca xatırlada bilərik. Xatırlada bilərik ki, Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı hansısa məsələsinə guya aydınlıq gətirməyə çalışdığına görə it kimi qovulduğunu iddia edən biri, yaxşı olar ki, yaltaqlandığı erməni separatçılarının mina terrorunu da nəzərə alsın. Məgər yüzlərlə günahsız insanın, mülki vətəndaşın mina qurbanı olaraq, həyatını, yaxud da sağlamlığını itirməsi insan haqlarının pozulması da yox ey, lap elə birbaşa insanlığa qarşı cinayətkarlıq deyilmi? Bunu da Pelloni başa düşmür, yoxsa bunu da ona qandırmaq gərəkir? Çox güman ki, nə qədər qandırılsa da, ermənipərəst və ermənidən betər erməni olan biri yenə özünü ən azından axmaqlığa qoymuş olacaq. Daha dəqiq desək, belə bir iyrənc xislətə sahib biri yenə də özünü sərsəm şoumen kimi aparacaq və belə görünür ki, həmin sərsəm elə vaxtında qovulubmuş...

Müəllif: İnam Hacıyev
Seçilən
40
1
sia.az

2Mənbələr