AZ

Huawei Rolls-Royce rəqib çıxaracaq

Fins.az - Huawei 2025-ci ildə avtomobil sənayesində böyük bir addım atmağa hazırlaşır.

Şirkət, HarmonyOS Zhixing brendi altında yeni avtomobillərini təqdim edəcək, bunlar arasında həm texnologiya, həm də dizayn baxımından diqqət çəkən modellər yer alır. Yeni avtomobil xətti, AITO M8-in böyüdülmüş versiyası, Enjoy S9 universalı və lüks Zunjie S800-ü əhatə edəcək.

AITO M8: Huawei, AITO M8-in daha geniş versiyasını 2025-ci ilin ilk yarısında təqdim etməyə hazırdır. Avtomobilin xarici dizaynı, halqa şəklində faralar və ardıcıl arxa işıqlarla diqqət çəkəcək. İçəridə isə üç ekran, HUD (Head-Up Display) və Huawei-nin xüsusi səs sistemi ilə təchiz edilmiş texnoloji bir salon olacaq. Qiymətinin Li Auto L9 ilə bənzər şəkildə təxminən 4 milyon rubl olması gözlənilir.

Enjoy S9: Yeni Enjoy S9 həm adi, həm də uzadılmış gövdə ilə təqdim ediləcək. Bu model, praktiklik və genişlənmiş daxili məkan təklif edən avtomobil həvəskarları üçün ideal seçim olacaq. Enjoy S9 artıq avtomobil dünyasında maraq doğurub.

Zunjie S800 - Rolls-Royce Phantom-a rəqib: Huawei-nin ən böyük yeniliyi isə Zunjie S800 olacaq. Şirkət bu modelin daha yüksək lüks səviyyəsinə sahib olacağını və Rolls-Royce Phantom-a ciddi rəqib çıxaracağını vəd edir. Avtomobilin arxa oturacaqları ayrılacaq, yeni texnologiyalar və eksklüziv materiallarla təchiz olunacaq. Zunjie S800-un 2025-ci ilin yazında satışa çıxacağı gözlənilir.

Huawei-nin avtomobil sahəsində atacağı bu addımlar, şirkətin texnologiya sahəsindəki gücünü avtomobil sənayesinə də yansıdacağını göstərir. Bu yeni avtomobillər, həm yüksək performansı, həm də müasir dizaynı ilə bazarda mühüm yer tutacaq.

Seçilən
26
50
fins.az

10Mənbələr