AZ

Ərdoğandan SENSASİON Putin AÇIQLAMASI: Qızışdırmaq OLMAZ! CANLI

“The Times” qəzetinin Downing Street-dən əldə etdiyi məlumatlara əsasən, ABŞ Prezidenti Co Bayden administrasiyası Britaniyanın uzaqmənzilli Storm Shadow raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün istifadəsinə razılıq verib.

Musavat.com-un hazırladığı zəbərə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və onun hökuməti “əməliyyat səbəblərinə” görə Storm Shadow raketləri ilə bağlı rəsmi bəyanatlar verməyəcək. Bununla, Rusiya üçün döyüş meydanında strateji üstünlük əldə etmək imkanının qarşısını almaq məqsədi güdülür.

Məlumata əsasən, London bir neçə ay ərzində Vaşinqtondan Storm Shadow raketlərinin Rusiyaya qarşı istifadəsinə icazə almağa çalışıb. Hərçənd ki, bu raketlər Britaniyaya məxsusdur, onların uğurlu istifadəsi ABŞ-ın təqdim etdiyi naviqasiya sistemləri olmadan mümkün deyil.

Bu razılıq Moskva və Qərb arasındakı gərginliyin daha da artmasına səbəb ola bilər. Xüsusilə də, Rusiya tərəfi Qərb silahlarının bu cür istifadəsinə sərt cavab verməklə hədələyir. ABŞ və Britaniya isə bu addımın Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıdığını bəyan edirlər.
Storm Shadow raketləri uzaqmənzilli və dəqiqliklə hədəf vuran texnologiyalarla təchiz edilib. ABŞ-ın bu razılığı Ukraynanın döyüş meydanında üstünlük əldə etməsinə kömək məqsədi daşıdığı bildirilsə də, bu qərar beynəlxalq arenada müzakirələrə səbəb olub.

"Əvvəla, biz bu qərarı nə düzgün hesab edirik, nə də təsdiqləyirik. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri bunun daha çox silah, qan, göz yaşı ilə deyil, daha çox sülh səyləri, xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük. İndi müharibəni alovlandırmaq və heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək kimi şərh edilə bilən bir addım cənab Baydendən gəldi".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya səfərindən qayıdarkən ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazilərinə hücum zamanı taktiki raketlərdən istifadə ilə bağlı verdiyi icazə qərarını şərh edərkən deyib. Ərdoğan jurnalistin:"Sizcə, Bayden dünyanı fəlakətə sürükləyir?" sualına belə cavab verib:"Baydenin bu addımı nəinki münaqişəni gərginləşdirəcək, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Cənab Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı da təsdiqləyib. “Məndən sonra tufan olsun" anlayışı ilə heç yerə gedə bilməzsən. Bizim gözləntimiz və arzumuzdur ki, Ukrayna və Rusiya təxribatlara boyun əymədən, sakitliyi qoruyub, sülhə diqqət etsinlər. Bu böyük səhv əsasında edilən ən kiçik səhv, təxribatlara qapılmaq barut çəlləyinə od atmaq kimi olacaq. Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcılar - Sevinc Telmanqızı və Emil Salamoğlu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə birlikdə Putinin yeni nüvə doktrinasını, üçüncü dünya müharibəsi risklərini və Kiyevə verilən icazəni müzakirə edirlər.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

 

Seçilən
11
46
musavat.com

10Mənbələr