“PZL Mielec” şirkəti (“Lockheed Martin” şirkətinin bir hissəsi) iki ədəd S-70i “Black Hawk” helikopterini Polşa Silahlı Qüvvələrinə təhvil verib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bu helikopterlərin çatıdırlması ilə 2021-ci ilin dekabr ayında 4 ədəd S-70i-nin tədarükü üçün imzalanmış müqavilə tamamlanıb.
Qeyd edək ki, “PZL Mielec”, ABŞ mərkəzli “Lockheed Martin”in Polşada fəaliyyət göstərən törəmə şirkətidir.