Bakı. Trend:
Bu çətin zamanda Ukraynaya göstərilən humanitar yardım üçünAzərbaycana təşəkkürümü bildirmək mənim üçün böyük şərəfdir.
Trend xəbər verir ki, bubarədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii resurslarnaziri Svetlana Qrinçuk Bakıda keçirilən COP29 sammitində millibəyanatla çıxış edərkən bildirib.
Nazir vurğulayıb ki, Ukrayna Paris Sazişi çərçivəsində öz millisəviyyədə müəyyən edilmiş töhfəsi üzərində işləməyə davam edir vənövbəti il onu vaxtında təqdim etməyi planlaşdırır.
O əlavə edib ki, Ukrayna ölkənin "yaşıl" bərpasına yönəlmiştədbirləri əhatə edəcək investisiya planını təqdim edəcək.
"Ukrayna meşələrinin istixana qazlarını udma potensialı 1,7milyon ton CO2 azalıb. Təbiət sərhəd tanımır və bu, qonşu ölkələrə,həmçinin, qlobal ərzaq zəncirinə təsir göstərəcək", — deyə SvetlanaQrinçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna yaşıllaşdırma və meşələrin bərpasıproqramı çərçivəsində üç il ərzində 100 milyondan çox ağacəkilməsini planlaşdırır. Hazırda unikal bioloji müxtəlifliyi RamsarKonvensiyası ilə qorunan 17 bataqlıq ekosistemi təhlükəaltındadır.
"Ukrayna qlobal iqlim gündəliyinə əməl etmək əzmindədir və2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatmaq öhdəliyini artıqqəbul edib. Bu, həm özəl sektorun, həm də hökumətin əhəmiyyətlisəylərini tələb edəcək", — deyə nazir qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.