AZ

Trampdan türk həkimə tapşırıq: “Bir çox problemi həll edəcək”

Tramp türk əsilli amerikalı həkim Mehmet Özü Səhiyyə Sığortası Departamentinin müdiri təyin edib.

News24.az xəbər verir ki, Doktor Özün Medicare və Medicaid Services (CMS) Mərkəzinin direktoru vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Tramp, Amerikanın ciddi bir sağlamlıq böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün Amerika səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Medicare 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta təminatçısıdır. Medicaid, aşağı gəlirli qruplara tibbi sığorta xidmətləri göstərən birgə federal və dövlət proqramı kimi fəaliyyət göstərir. Federal hökumət 2023-cü ildə Medicaid proqramı çərçivəsində 860 milyard dollar və Medicare çərçivəsində 848 milyard dollar xərcləyib.

Günel Məlikzadə

Seçilən
9
4
news24.az

10Mənbələr