AZ

Orta Dəhliz rəqəmsal inkişaf üçün böyük potensiala malikdir – BMT AİK-in icraçı katibi

Bakı. Trend:

Orta Dəhliz rəqəmsal inkişaf üçün böyük potensiala malikdir.

Trend xəbər verir ki, bubarədə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) icraçı katibiTatyana Molçan COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsalOrta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksəksəviyyəli dəyirmi masa zamanı bildirib.

"Avropa və Asiyanı Xəzər dənizi vasitəsilə birləşdirən OrtaDəhliz dayanıqlı və rəqəmsal inkişaf üçün böyük potensiala malikstrateji marşrutlardan biridir", — deyə o qeyd edib.

Onun sözlərinə görə, məqsədyönlü səylər Orta Dəhlizi tamrəqəmsallaşdırılmış və harmonik bir marşruta çevirmək üçün imkanyaradır, bu isə xərcləri azaldacaq və bütün iştirakçılar üçünşəffaflığı artıracaq.

Molçan əlavə edib ki, Mərkəzi Asiya İqtisadiyyatları üçün XüsusiProqram (SPECA) çərçivəsində AİK regional maraqlı tərəflərlə sıxəməkdaşlıq edir.

"Keçən il Bakıda dövlət başçıları səviyyəsində SPECA-nınTransxəzər dəhlizinin rəqəmsallaşdırılmasına dair yol xəritəsitəsdiq edildi. Bu yol xəritəsi 2027-ci ilə qədər Transxəzər dəhliziboyunca real vaxt rejimində məlumat mübadiləsinin BMT-nin rəqəmsalstandartlarına uyğun tətbiqini nəzərdə tutur", — deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr