AZ

ABŞ-dən olan basketbolçu: "Bakı mənə çox doğma gəlir"

Bakı mənə çox doğma gəlir.

"Report"un məlumatına görə, bunu "Abşeron"un basketbolçusu Aubri Makalpayn klubun mətbuat xidmətinə müsahibəsində deyib.

ABŞ-dən olan 35 yaşlı oyunçu komandasında özünü yaxşı hiss etdiyini bildirib:

"Hər şey yaxşıdır. Hər mənada bu şəhərdə rahatam".

Daha əvvəl "Xəzri"də (hazırkı "Naxçıvan") çıxış edən basketbolçu Bakı şəhərinin təmiz olduğunu söyləyib:

"Şəhərinizin təmiz olması və sakitliyi çox xoşuma gəlir. Özüm böyük şəhərdə böyüyən biri olaraq, bura mənim üçün möhtəşəm yer kimi gəldi. Bakıda bəyənmədiyim heç nə olmadı desəm, düz olar".

Aubri Makalpayn Azərbaycan Basketbol Liqası barədə də danışıb:

"Çempionatın gedişatını bəyənirəm. Komanda sayının artması və əlavə arenaların olması, xüsusilə ev oyunlarımızı keçirmək üçün öz doğma zalımızın olması liqa üçün çox yaxşı məqamdır. Mən qrup mərhələsinin, yəni komandaların fərqli qruplarda yer almasının erkən olduğunu düşünürəm. Amma bu gedişata da uyğunlaşmağa çalışıram. Azərbaycan Basketbol Liqasının gələcəyi üçün görülən işlərə çox sevinirəm".

Seçilən
16
2
report.az

4Mənbələr