AZ

ESCAP Orta Dəhlizə dəstəyini davam etdirəcək – İcraçı katib

Bakı. Trend:

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası(ESCAP) dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin, o cümlədən,Orta Dəhlizin yaradılmasına dəstəyini davam etdirəcək.

Trend xəbər verir ki, bubarədə BMT baş katibinin müavini və ESCAP-ın icraçı katibi ArmidaSalsiya Alişahbana COP29 çərçivəsində keçirilən "Dayanıqlı,rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksəksəviyyəli dəyirmi masa zamanı bildirib.

"Yaşıl nəqliyyat dəhlizlərinin yaradılması yalnız müvafiqtexnologiyaların tətbiqini deyil, həm də ölkələr arasındastandartların qarşılıqlı tanınmasını əhatə edən müvafiqrazılaşmaların bağlanmasını tələb edir. Bu, regional əməkdaşlığıgücləndirəcək.

Normativ bazaların harmonizasiyası və rəqəmsal həllərin tətbiqivasitəsilə Orta Dəhlizdə multimodal əməliyyatların gücləndirilməsinəqliyyat sistemlərinin daha dayanıqlı olmasını təmin edəcək. ESCAPbu istiqamətdə dəstəyini davam etdirəcək", — deyə o qeyd edib.

Onun sözlərinə görə, dayanıqlı və rəqəmsal nəqliyyatdəhlizlərinin yaradılması karbon emissiyalarının azaldılması,nəqliyyat və ticarət axınlarının effektivliyinin artırılması,alternativ enerji mənbələrindən istifadənin təşviqi və ağıllınəqliyyat həllərinin tətbiqi vasitəsilə Paris Sazişinin hədəflərinənail olmaqda mühüm rol oynayır.

"Müxtəlif nəqliyyat növlərinin, xüsusən də avtomobilnəqliyyatına nisbətən daha dayanıqlı olan nəqliyyat növlərinininteqrasiyası böyük əhəmiyyət kəsb edir", — deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr