AZ

Komitə sədri Ankarada beynəlxalq simpoziumda çıxış edib - FOTOLAR

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Axıska türklərinin hüquqi və sosial problemləri” mövzusunda II Beynəlxalq Simpoziumda çıxış edib.

“Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəyliyi” Vəqfi, “Dünya Axıska Türkləri” Birliyi, “Mədəniyyətlərarası Şəbəkə” İctimai Birliyinin təşkilatçısı olduğu beynəlxalq simpozium, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının Əlaqələr Müdirliyi (İletişim Başkanlığı), Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə keçirilib.

Rəsmi şəxslərin, mötəbər qonaqların, ziyalıların, mövzu üzrə tanınmış mütəxəssislərin və Axıska kökənli ictimai fəalların qatıldığı simpozium, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının Əlaqələr Müdirliyinin Konfrans salonunda 18 noyabrda keçirilib.

“Azərbaycanın tolerantlıq siyasətinin konkret örnəyi: Axıska türkləri” mövzusunda geniş məruzə ilə çıxış edən komitə sədri, Azərbaycanda Axıska türkləri ilə bağlı məsələlərə hər zaman diqqətlə yanaşıldığını diqqətə çatdırıb. O, tolerantlıq, multikulturalizm siyasətinin Azərbaycan dövləti və xalqımız üçün ötəri yanaşma olmadığı, xarakterik özəllik daşıdığını faktlar əsasında vurğulayıb. Axıska türkləri ilə bağlı verilən qərarların parlamentlərdə dəyərləndirilməsinin vacib olduğunu söyləyən Fazil Mustafa, Azərbaycan Prezidentinin dillər əzbəri olan “Bizim ailəmiz Türk dünyasıdır” sözlərini xatırladaraq, Azərbaycanın Türk Dövlətləri Təşkilatında qaldırdığı vacib məsələlərə toxunub.

Komitə sədri ortaq türk əlifbası mövzusunda vahid strategiya ilə çıxış etməyi tarixi zərurət adlandırıb.

Fazil Mustafa yarım milyondan çox Axıska türkünün 9 ölkədə məskunlaşdığına diqqət yönəldərək, onların öz milli kimliklərini, mədəniyyətlərini qorumaqla bağlı mübarizələrinin beynəlxalq hüququn tələblərinə cavab verdiyini bildirib. O, bildirib ki, beynəlxalq ictimaiyyətdə, uyğunprofilli platformalarda bu mövzuda maarifləndirmə işlərini gücləndirmək, çağdaş İKT imkanlarından geniş surətdə yararlanmaq vacibdir.

“Axıskalıların mütəşəkkil mübarizəsi bir sıra nəticələr meydana çıxarıb.

Bu gün Axıska türklərinin hüquq davası tezisləri hər bir türk dövlətinin gündəmində olmalıdır. Türk dövlətləri Gürcüstan dövləti ilə bütün təmaslarda Axıskalıların öz vətənlərinə qayıtmaqla bağlı qanuni tələblərinin həyata keçirilməsini ifadə etməlidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq hüquq normalarına uyğun olaraq, Axıska türklərinin vətənə qayıtmasına maliyyə dəstəyi üçün xüsusi fond yaratması faydalı olardı.

Axıska türklərinin haqq davası bütün türk toplumlarının haqq davası kimi başa düşülmədikcə, beynəlxalq miqyasda məsələni aktuallaşdırmaq çətin olacaqdır. Bu, əsl türk həmrəyliyini zəruri edən ən mühüm məsələlərdən biridir”. – Bu fikirləri Komitə sədri öz məruzəsində deyib.

Fotonu

Fotonu

Fotonu

Fotonu

Fotonu

Fotonu

Fotonu

Seçilən
16
turkustan.az

1Mənbələr