AZ

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır ŞƏRH

Ağdam şəhəri, Azərbaycanın Qarabağ bölgəsində yerləşən, tarixi və mədəni baxımdan zəngin bir məkandır. Şəhərin işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərbası və müstəqiliyyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ağdam Qarabağın ən qədim yaşayış məskənlərindən biridir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Bu, tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təqdirəlayiq bir təşəbbüsdür.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi:
Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirdi.
2020-ci ilin noyabrında Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanaraq, Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində üçtərəfli bəyanatın imzalanmasına nail oldu. Həmin bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Bu gün işğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir.
2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır. Artıq Ağdamda ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, “Park Forest Otel Ağdam” və “City Hotel Agdam” mehmanxanalarının, yeni yaşayış komplekslərinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimləri keçirilib və onların tikintisi üzrə işlər sürətlə davam etdirilir.
Bütün bunlar göstərir ki, Azərbaycan tezliklə Ağdamı yenidən quracaq və onun əvvəlki şöhrətini bərpa edəcəkdir.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı.

Seçilən
4
1
sesqazeti.az

2Mənbələr