AZ

Hakan Çalhanoğlunu gözləyən cəza - kriminalla bağlı...

Türkiyə millisinin və “İnter”in futbolçusu Hakan Çalhanoğlu cəzalanmaq təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2-3 oyunluq diskvalifiasiya edilə bilər.

O, kriminalla bağlı olmaqda şübhəli olan azarkeşlərlə əlaqələrinə görə günahlandırılır. İtaliyada iki ay əvvəl 19 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb. Onlar arasında Hakanın formasını geyindiyi “İnter”in və “Milan”ın fanatları da var.

Bu şəxslər “San Siro”dakı oyunlara bilet və içki satışından pul mənimsəməkdə ittiham olunurlar. Onlar stadionun ərazisində avtomobil parkı üçün rüşvət də alıblar.

Qrupun mafiya ilə bağlı olması iddia edilir. Hakan, həmçinin baş məşqçi Simone İnzaqi cinayətkarlarla ünsiyyətdə olduqları üçün şahid qismində işə cəlb edilib. Onlar 2023-cü ildə Çempionlar Liqasının finalına bilet almaq üçün futbolçu və məşqçi ilə əlaqə yaradıblar. Yarımmüdafiəçi hər şeyi etiraf edib. Onu diskvalifikasiya və böyük məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, Hakan 2021-ci ildən formasını geyindiyi “İnter”ə “Milan”dan keçib.

İdman.biz

Seçilən
9
2
idman.biz

3Mənbələr