AZ

Süni qida TERRORU: “Həm qiymət bahadır, həm də uşaqda…”

“Öncə süni mayalanma, sonra isə süni qidalar, nəticədə uşağın sağlamlığı məhv olur”.

Bunu Yenicag.az-a açıqlamasında uşaq yeməkləri ilə bağlı yaranan narazılıqlar fonunda zəruri olan addımlardan danışan sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, ilk öncə, nəzərə alacağımız məsələ uşaq qidalarının zərərləri ilə bağlıdır.

“Dəfələrlə alimlərin də araşdırmalarından da məlum olub ki, süni qidalar uşaqların mədəsinə yerləşdirilən “atom bombaları”dır. Bu proses, ümumilikdə, milli genefondun məhv edilməsinə yönəlib. Qarşısının alınması üçün isə mütləq doğum evlərindəki terror dayandırılmalıdır. Açıq şəkildə, qəsdən doğum evlərində müxtəlif bəhanələrlə anaların uşaqlarına süd verməsinə icazə verilmir. Öncə süni mayalanma, sonra isə süni qidalar, nəticədə, uşağın sağlamlığı məhv olur”.

“Süni qidaların qiymətləri həddindən artıq bahadır. Eyni zamanda, ilk uşaqda sələm və kredit bataqlığına batan gənc ailələr ikinci uşağın doğulmasında maraqlı olmur. Problem kökündən həll olunmalıdır. 30 manatlıq qidanın səs-küy salındıqdan sonra 25 manata düşməsi məsələnin həlli deyil. Sağlam qidalar təbliğ olunmalı, doğum evlərinə nəzarət artırılmalıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
14
yenicag.az

1Mənbələr