"Biz də bu dəhlizi dəstəkləmək və inkişaf etdirmək üçün müvafiq addımlar atırıq. Hazırda Orta Dəhlizdə elektrikli qatarlar və lokomotivlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılır".
Nazir həmçinin Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə olan Zəngəzur dəhlizi ilə bağlı görülən işlərə toxunub:
“Azərbaycan tərəfi ilə bu istiqamətdə prosesləri sürətlə davam etdiririk. Dəhlizin Ermənistan və ya İran ərazisindən keçəcəyinə Azərbaycan qərar verəcək. Daha sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə birləşəcək. Türkiyədə layihəni tamamlayaraq tenderi keçirdik və yaxın günlərdə tikinti işlərinə başlayacağıq. Bu yolla Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik. Bu addımlar regionun nəqliyyat sisteminin daha da inkişafına və beynəlxalq ticarət əlaqələrinin güclənməsinə mühüm töhfə verəcək”.