AZ

"Diriliş Ərtoğrul"un baş qəhrəmanı Qarabağla bağlı filmə çəkilmək istəyir — VİDEO

"Azərbaycanla ortaq layihələrdə yer almaq mənim üçün hər zaman ancaq qürur və iftixar yeri ola bilər. Çünki Hər şeydən əvvəl biz qardaş ölkəyik".

Bunu Oxu.Az-a açıqlamasında məşhur türkiyəli aktyor Engin Altan Düzyatan deyib.

"Azərbaycanda film və serial sənayesinin inkişaf etdiyini görürük. Türkiyə ilə bərabər görüləcək ortaq işlər nəticədə Azərbaycanın da film sahəsi inkişaf edəcək. İmza atılacaq ortaq layihələrlə uğurlu yol qət etmək, Azərbaycana dəstək ola bilmək və qardaşlığımızın hər kəsə göstərməkdən ancaq məmnun olaram", - aktyor deyib.

O əlavə edib ki, Qarabağla bağlı film çəkilsə və ona dəvət göndərilsə, məmnuniyyətlə qəbul edəcək:

"Bundan ancaq qürur duyuram. Çünki Qarabağ Azərbaycandır və bunu da bütün dünya bilir, qəbul edir".

Seçilən
21
demokrat.az

1Mənbələr