"Bayern Münhen"in qapıçısı Daniel Perets Münhen klubundakı gələcəyinin necə olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı qolkiperin sözlərini "Bayern&Germany" belə çatdırıb:
"Səylə məşq etməyə çalışıram ki, daha yaxşı səviyyəyə çatım və formada qalım. Hazırda icarə əsasında başqa komandada oynamaq barədə düşünmürəm. Hər məşqdə bütün gücümü qoymaq istəyirəm. Forma şansı qazanıb-qazanmayacağımı zaman göstərəcək".
Xatırladaq ki, Perets "Bayern"ə 2023-cü ilin yayında İsrailin "Makkabi" (Təl-Əviv) klubundan keçib. Onun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat