AZ

"Rusiyanın nüvə silahına əl atması öz intiharıdır, buna getməz" - AÇIQLAMA

“Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verilməsi vəziyyəti Kiyevin xeyirinə dəyişib”.

 

Bunu Sfera.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib. O qeyd edib ki, artıq Rusiyanın strateji obyektlərinin, hərbi bazalarının hədəf olması və ümumilikdə böyük itkilərlə üzləşməsi labüddür:

 

“Bu taktiki hərbi planlar Ukraynanın əlini gücləndirməklə bərabər müharibənin gedişatını dəyişə bilər. Kiyevin bu psixoloji, hərbi üstünlüyü Rusiya ordusunda ruh düşkünlüyünə, o cümlədən hərbi təchizat sistemində ciddi çatışmazlığa gətirəcək.  Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı adıçəkilən bu ölkənin rəsmilərinin hədə-qorxularının, təhdidlərinin effektsiz, nəticəsiz olacağını düşünmək olar. Çünki strateji cəhətdən Rusiya bu müharibədə uduzub. Həm iqtisadi, həm də hərbi sferada böyük itkilər, ukraynalılarla əbədi düşmənçilik Rusiyanın uzun illər bərpa edə bilməyəcəyi məğlubiyyətdir. Məhz belə məqamda Rusiyanın nüvə silahına əl atması özünün intiharı və milyonlarla insanın itkisi olar. Onun buna gedəcəyi də inandırıcı deyil”.

 

Ekspert bildirdi ki, görünür, Bayden məhz indiki məqamda bu qərarı ABŞ-də ehtimal edilən “dərin dövlət”in məsləhəti ilə verib:

 

“Ehtimal etmək olar ki, yeni prezident seçilmiş Donald Trampla bu məqamlar koordinasiya olunur. Ötən dövrdə seçkiqabağı edilmiş populist çıxışların Trampın səs toplamasına hesablandığını düşünmək olar. Yəqin ki, ABŞ-nin yeni prezidentinə mövcud reallığın nəyi diqtə etdiyini, nəyin doğru olduğunu beyin mərkəzləri anladırlar. Rusiya-Ukrayna müharibəsi sehirli çubuqla deyil, düşünülmüş taktiki hərbi planlarla başa çatacaq”.

 

Günay Rəsulqızı

Seçilən
20
sfera.az

1Mənbələr