AZ

Ekvadorda fövqəladə vəziyyət elan edilib

Bakı, TurkicWorld

Ekvadorda quraqlıq və meşə yanğınları səbəbindən iki ay müddətinə fövqəladə vəziyyət elan edilib

TurkicWorld xəbər verir ki, Milli Risk İdarəetmə Katibliyi (SNGR) verdiyi yazılı açıqlamada hazırda ölkədə 17 aktiv yanğının olduğunu, onlardan 5-nin nəzarət altında olduğunu bildirib.

Açıqlamada, quraqlıq və meşə yanğınları səbəbiylə elan edilən fövqəladə vəziyyətin 60 gün davam edəcəyi vurğulanıb və "NGR bu gündən etibarən ölkə daxilində baş verən yanğınlarla bağlı məlumat vermək üçün gündəlik mətbuat konfransları keçirəcək" ifadəsi işlədilib.

Hökumətin məlumatlarına görə, artıq 65 min hektar ərazi yanğından zərər çəkib, 10 mindən çox hektar isə tamamilə məhv edilib. Bu, ölkənin kənd təsərrüfatına ciddi təsir göstərib, minlərlə hektar əkin sahəsi ziyan görüb və 44 mindən çox təsərrüfat heyvanı tələf olub.

Ekvador, yanğınların söndürülməsi üçün Peru və İtaliyadan hava dəstəyi alıb. Hava qüvvələri ilə yanaşı, yüzlərlə yanğınsöndürən və könüllü fədakarlıqla çalışır.

Yanğınlar nəticəsində havanın keyfiyyəti xeyli pisləşib. Bəzi rayonlarda çirklənməyə qarşı maskaların istifadəsi tövsiyə edilir.

Yanğınlar su elektrik stansiyalarının fəaliyyətinə də mənfi təsir göstərib. Aşağı su səviyyələri enerji istehsalını məhdudlaşdırdığı üçün, ölkədə gündəlik 14 saata qədər elektrik kəsintiləri yaşanır.

Səlahiyyətlilər bildirirlər ki, yanğınların əksəriyyəti insan hərəkətləri, o cümlədən nəzarətsiz od qalama və digər ehtiyatsızlıqlar səbəbindən baş verir.

Seçilən
20
turkic.world

1Mənbələr