AZ

"Bu cür açıq ünsiyyət problemlərin daha sürətli həllinə gətirib çıxara bilər" - Nazir

"Düşünürəm ki, bu cür açıq ünsiyyət və dialoq ayrı-ayrı problemlərin daha sürətli həllinə gətirib çıxara bilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ölkədə olan 4450-yə yaxın məktəbin 4 minə yaxını yaxşı vəziyyətdədir: "Bizim məktəblərin 85-90 fazi halda vəziyyəti yaxşıdır. 450-yə yaxın məktəb var ki, onların əsaslı təmirə və yaxud yenidən tikilməsinə ehtiyac var. 2021-ci ildə 950 məktəbimiz  qəzalı idisə, bu gün bunların sayı 400 civarındadır. Növbəti illərdə də bunların təmiri sürətlə davam edəcək. Müəyyən ardıcıllıqla bu iş davam etdirilir".

Anar Kəlbiyev

Seçilən
44
50
unikal.az

10Mənbələr