AZ

IDEAS-2024: “Heavy Industries Taxila” şirkəti HISAAR zirehli maşınını nümayiş etdirir

Pakistanın “Heavy Industries Taxila” (HIT) şirkəti HISAAR zirehli nəqliyyat vasitəsini IDEAS-2024 sərgisində nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, HISAAR, Taylandın “Chaiseri” şirkəti tərəfindən inkişaf etdirilən “First Win” 4×4 zirehli maşınının lisenziya əsasında Pakistanda istehsal olunacaq variantıdır.

Xatırladaq ki, Pakistan və Tayland arasında 100 ədəd “First Win” 4×4 zirehli maşınının tədarükü ilə bağlı müqavilə bu ilin oktyabr ayında imzalanıb. Müqaviləyə əsasən, zirehli nəqliyyat vasitəsinin ilk partiyasının Taylandda, digərlərinin isə HISAAR adı altında Pakistanda istehsal edilməsi planlaşdırlıb.

Seçilən
14
poliqon.az

1Mənbələr