AZ

“Abşeron”nun amerikalısı çempionatımızda təkminləşdirmə istəyir – MÜSAHİBƏ

"Abşeron"un basketbolçusu Aubri Makalpayn klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, amerikalı legioner komandasının hazırkı durumundan və ABL-nın səviyyəsindən danışıb. O, həmçinin ölkəmizlə bağlı fikirlərini də açıqlayıb.

- İşləriniz necə gedir? Bakıda, Azərbaycanda özünü necə hiss edirsən?

- Hər şey yaxşıdır. Bakı mənə çox doğma gəlir. Burada özümü yaxşı hiss edirəm. Hər mənada bu şəhərdə rahatam.

- Ötən mövsümü "Xəzri"də, bu il isə "Abşeron"da çıxış edirsiz. Təxminən ilyarımlıq müddətdə ölkəmizdə nələri bəyənirsən, nəyi yox?

- İkinci mövsüm burada olmaq mənim üçün xoşdur. Şəhərinizin təmiz olması və sakitliyi mənim çox xoşuma gəlir. Böyük şəhərdə böyüyən birisi olaraq, bura mənim üçün möhtəşəm yer kimi gəldi. Bakıda bəyənmədiyim heç nə olmadı desəm, düz olar.

- Yeməklə aran necədir?

- Yeməkləriniz mükəmməldir. Çox seçim var. Üstəlik, Amerikadan fərqli, burada daha sağlam qidalanmaq üçün çeşid çoxdur. Ümumi götürsək, pizza və makaron mənim əvəzedilməzimdir (gülür).

- Bakıda boş vaxtlarında məşğuliyyətin nədir?

- Boş vaxtlarım adətən kofe məkanlarında və şəhərdə gəzinti ilə keçir. Musiqi dinləyərək sakit gəzməkdən həzz alıram.

- Burada ən çox kiminlə ünsiyyətdə olursan?

- Yeni və köhnə komanda yoldaşlarımla tez-tez ünsiyyətdə oluram. Eyni zamanda, aktiv sosial şəbəkə istifadəçisiyəm və dost-tanışlarımla şəbəkələr üzərindən də ünsiyyəti saxlayıram.

- Basketbola keçid edək. Ötən mövsümlə bu ili müqayisə etsək nə kimi fərqlər hiss edirsən? Liqanın səviyyəsində inkişaf var?

- Liqanın gedişatını bəyənirəm. Komanda sayının artması və əlavə arenaların olması, xüsusilə ev oyunlarımızı keçirmək üçün yeni öz doğma zalımızın olması çox yaxşı məqamdır. Qrup mərhələsinin, yəni komandaların fərqli qruplarda yer almasının erkən olduğunu düşünürəm, amma bu gedişata da uyğunlaşmağa çalışıram. ABL-in gələcəyi üçün görülən işlərə çox sevinirəm.

- Öz klublarını müqayisə aparsan, ötən ilki "Xəzri", yoxsa "Abşeron"?

- “Xəzri”də olduğum mövsümü çox müsbət dəyərləndirirəm. Hər ikisi mənim üçün doğmadır. Lakin seçim etsəm, “Abşeron” deyərdim.

- Kapitan kimi komandandan razısan?

- Komanda yoldaşlarımı çox bəyənirəm. Onlar mükəmməldirlər. Biz bir qədər təcrübəsizik. Komanda olaraq öyrənməli çox detallar var. Eyni zamanda, fiziki cəhətdən də yaxşı olmalıyıq. Bütün bunlar zamanla düzələcək. Bundan əlavə, bizim oyunçuların düşüncə tərzini də bəyənirəm. İnkişafın təməli məhz yaxşı düşüncədən başlayır.

- Geridə qalan turları necə dəyərləndirirsən?

- Ümumi deyim ki, komandamdan çox əminəm. Biz hər bir komanda ilə mübarizə aparmaq gücündəyik. Bunu geridə qalan oyunlarda göstərə bilmişik.

- Fasilədə nələrin üzərində daha çox çalışdız? Növbəti oyunlar üçün şanslarınızı necə dəyərləndirirsən?

- Fasilə bizim üçün faydalı oldu. Bizə bir-birimizi daha yaxşı tanımaq üçün əlavə zaman lazım idi. Qalib gəlib, məğlub olsaq belə ilk müddətdə tam hazır deyildik. Ona görə bu zaman kəsiyi işimizə çox yarıyacaq. Çatışmayan detallar üzərində durmadan çalışırıq.

- Səncə nə çatmır? İstər klubda, istərsə də ölkə çempionatında?

- Çox müsbət məqamlar var. Amma bəzi məsələlərdə çatışmayan tərəflər olduğunu düşünürəm. Məsələn, mövsümün cədvəli üzərində təkminləşdirmə işləri aparılmalıdır. Çünki, liqanın inkişafı məhz düzgün mövsümlük cədvəlin qurulmasından asılıdır. Yəni startda bütün oyunlarımızn zamanını öncədən bilsək, bu, lehimizə olacaq.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr