Bakı. Trend:
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu Şərqi Asiya, Mərkəzi Asiyavə Cənubi Avropa arasında məsafəni təxminən 900 km qısaldacaq,daşınma müddəti isə 10 günə qədər azalacaq.
Trend xəbər verir ki, bunuQırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar nazirininmüavini Bekjan Rısmendeyev COP29 çərçivəsində "Dayanıqlı, rəqəmsalOrta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda keçirilənyüksək səviyyəli dəyirmi masa zamanı bildirib.
"Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin əhəmiyyətinixüsusi olaraq vurğulamaq istəyirəm. Bu yeni dəmir yolu dəhlizi OrtaDəhlizin cənub qoluna çevriləcək və Cənub-Şərqi Asiya, Qərbi Asiya,eləcə də Yaxın Şərq bazarlarına çıxış təmin edəcək.
Layihə Çindən yüklərin Qırğızıstan vasitəsilə Mərkəzi Asiyaya,Yaxın Şərqə, o cümlədən Türkiyəyə və daha sonra Avropa İttifaqınadaşınmasını mümkün edəcək. Layihənin reallaşdırılması məsafə vəçatdırılma müddətinin azalması hesabına beynəlxalq tranzitbazarında rəqabət qabiliyyətini artıracaq", — deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.