AZ

“F-35” qırıcılarının hissələrini istehsal edən fabrikə girişi bağlandı

Fələstinli tərəfdarlar Leonardonun Şotlandiyanın Edinburq şəhərində İsrailin Qəzzaya endirdiyi hava hücumlarında istifadə edilən“F-35” qırıcılarının lazerlə hədəf alma sistemlərini istehsal edən fabrikinin girişlərini bağlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Şotlandiya mətbuatında yer alan xəbərlərə görə, Fələstin tərəfdarı olan 100-dən çox fəal yerli vaxtla saat 07:00 radələrində Edinburqdakı Leonardo fabrikinin girişlərini bağlayaraq şirkətə etiraz ediblər.

Ölkədəki Fələstinə dəstək verən qruplar tez-tez İsraillə əməkdaşlıq edən silah şirkətləri, fabriklər və qurumlar qarşısında nümayişlər təşkil edir.

Britaniya hökuməti ölkədə artan etirazlar nəticəsində İsrailə 350-yə yaxın silah ixracı lisenziyasından 30-nu dayandırdı, lakin bu, Fələstin tərəfdarları tərəfindən yetərli görünmədi.

Seçilən
31
cebheinfo.az

1Mənbələr