AZ

Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olması ehtimalı varmı?

Son günlər Türkiyədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair iddialar yayılıb...

Politoloq: “Müxalifət adətən tez-tez növbədənkənar seçki çağırışları edir. Amma reallıqda hakim partiya AKP-nin belə bir fikri yoxdur”.

“Türkiyə konstitusiyası hərbi çevriliş sonrası hərbi rəhbərliyin əmri ilə formalaşmış konstitusiyadır. Əslində onun dəyişməsi həmişə gündəmdə olub. AKP hakimiyyətinin də həmişə gündəmində olub ki, bu konstitusiya dəyişsin”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, son günlər Türkiyədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair iddialar yayılıb. Bu iddialar daha çox Türkiyə müxalifətindən və müxalifətə bağlı media resursları üzərindən yayılır. Müxalifətin iddiası belədir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir dönəm də prezident seçilmək istəyir və buna görə konstitusiyanı dəyişdirmək, habelə kürd elektoratın dəstəyini almaq üçün “Öcalan kartı”nı irəli sürür.

Bu iddialar nə qədər doğru ola bilər və Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olması ehtimalı varmı?

Türkiyədə baş verən siyasi gedişləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ərdoğan yetərsay məsələsini həll edə bilsə, tək prezidentliyə namizəd olması məsələsi daxil, ümumən konstitusiyanın dəyişilməsinə çalışacaq. Bu, normal haldır”.

AKP hakimiyyətinin funksionerləri də hələlik konkret fikir bildirmədiklərini nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ərdoğanın növbəti dəfə seçilmək fikrinin olması da dəqiq bilinmir:

“Türkiyənin keçən il keçirilən prezident seçkilərində keçdiyi seçki marafonu çox gərgin və həlledici oldu. R.T.Ərdoğanın seçilməsi ilə nəticələnən seçkilərin
Türkiyə cəmiyyətində qarşıdurma yaradacağı gözləntiləri belə var idi. Müxalifət adətən tez-tez növbədənkənar seçki çağırışları edir. Amma reallıqda hakim partiya AKP-nin belə bir fikri yoxdur. Növbəti seçkilər 2028-ci ildə olmalıdır. AKP hakimiyyəti funksionerləri də hələlik konkret fikir bildirmirlər. Ərdoğanın növbəti dəfə seçilmək fikrinin olması da dəqiq bilinmir. Bunun üçün fəaliyyətə başlamaq hələlik tezdir.

Qarşıda dörd il var. Ərdoğanın qərar verməsi üçün bu dörd ildə çox şeylər dəyişə bilər. Onun səhhəti də buna imkan verməlidir. Konstitusiya dəyişikliyi üçün tələb olunan yetərsay AKP-də yoxdur. MHP ilə birlikdə belə bu səs çoxluğu toplamaq mümkün deyil. Amma kürd elektoratının məclisdəki səslərini almaq məsələsi də çətin, hətta mümkünsüz məsələdir.

Azər Qasımov: “Konstitusiya dəyişikliyi üçün tələb olunan yetərsay AKP-də yoxdur. MHP ilə birlikdə belə bu səs çoxluğu toplamaq mümkün deyil”.

Türkiyə konstitusiyası hərbi çevriliş sonrası hərbi rəhbərliyin əmri ilə formalaşmış konstitusiyadır. Əslində onun dəyişməsi həmişə gündəmdə olub. AKP hakimiyyətinin də həmişə gündəmində olub ki, bu konstitusiya dəyişsin. Müəyyən maddələrə dəyişikliklər edilib, məsələn Türkiyənin idarəçilik sisteminin Prezident idarəçiliyinə keçməsi kimi. Amma ümumilikdə indiki konstitusiyanın dəyişməsi gec-tez mütləqdir.

Hesab edirəm ki, Ərdoğan yetərsay məsələsini həll edə bilsə, tək prezidentliyə namizəd olması məsələsi daxil, ümumən konstitusiyanın dəyişməsinə çalışacaq. Bu, normal haldır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr